16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: "Azərbaycan hər zaman bütün dünyaya müstəqil siyasət yürüdən bir ölkə olduğunu bəyan etmişdir"

“13 mart 2025-ci il tarixində Bakıda, “Gülüstan” sarayında XII Qlobal Bakı Forumu öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forumun bu dəfəki mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”dir. Ötən illərdə olduğu kimi, bu dəfə də Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər aktuallığı və son dərəcə vacibliyi ilə diqqəti cəlb edir. Forumun açılış mərasimində etdiyi çıxışında cənab ölkə Prezident cənab İlham Əliyev bir çox digər məsələlərlə yanaşı son bir ildə regionumuzda baş vermiş qlobal əhəmiyyətli bir çox hadisələrin də detallı təhlilini təqdim etdi. Təbii ki, həmin dövr ərzində baş vermiş mühüm hadisələr sırasında COP29-un yeri xüsusi qeyd edilməlidir. Bu, ötən il Azərbaycanda keçirilmiş əsas beynəlxalq tədbir oldu. Öz çıxışında bu mövzuya yer ayıran dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin COP29 tədbirində fəal iştirakını xüsusi vurğuladı. Mərkəzin tədbirin gedişi zamanı 16 panel müzakirəsi keçirdiyi, faktiki olaraq onlara ev sahibliyi etdiyi diqqətə çatdırıldı. Əlbəttə ki, bu, COP29-un uğuruna böyük töhfə idi. Cənab Prezident bir daha bildirdi ki, BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etmək hüququnun təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana verilməsi əlbəttə ki, qürur doğurucu bir nailiyyətdir. Bu, ölkəmizə olan hörmətin və etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə Azərbaycanın fəaliyyətinə verilən qiymət idi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, COP29 Azərbaycanın beynəlxalq aləmdə tutduğu yerin, malik olduğu nüfuzun daha bir göstəricisi kimi çıxış etməklə bərabər, eyni zamanda da ölkəmizə qarşı aşkar düşmənçilik mövqeyi sərgiləyən bəzi Qərb liderlərinin əsil fiaskosuna çevrildi: “COP29-u tamamilə haqlı olaraq “Bakı sıçrayışı” adlandırırlar. Təkcə 10 ildən artıq tərəflərin razılığa gələ bilmədiyi Paris Sazişinin 6-cı maddəsi üzrə konsensusun nəhayət ki, tapılması ən böyük nailiyyətlərdən biridir. Məhz bu maddə üzrə ümumi razılığın əldə olunması ilə karbon bazarı işlək hala gətirildi. Bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət oldu ki, COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olundu. Əlbəttə ki, maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətləndirilməlidir. Bununla belə Bakı İqlim Konfransı bəzi Qərb medialarında qərəzli kampaniyalarla müşayiət olundu. XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında cənab Prezident İlham Əliyev bu kampaniyaların əsasən iki mərkəzdən qaynaqlandığını və idarə olunduğunu açıq mətnlə bəyan etdi. Bunlardan biri ABŞ-ın Dövlət Departamenti, digəri isə Fransa prezidentinin ofisi, cənab Makron özü, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi. Bu, COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın əlaqələndirilmiş kampaniyası idi. Bu iki mərkəzi qatı anti-Azərbaycan mövqeyi tutmağa sövq edən əsas səbəb də bu idi ki, ABŞ və Fransa Azərbaycanla bağlı, Cənubi Qafqazla bağlı öz iradələrini yeridə bilmədilər. Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. Şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı. Lakin bütün bu cəhdlər yenə də nəticəsiz qaldı. Qeydiyyata alınmış 77 min iştirakçının, 197 ölkədən təmsilçilərin, 70 dövlət və hökumət başçısının qatıldığı COP29-u boykot edən yeganə ölkə Ermənistan oldu.”
Daha sonra S. Möhbalıyev qeyd edib ki, Ermənistanı yeni müharibəyə təhrik edən və hazırlayan dairələr Cənubi Qafqazda destabillik və uzunmüddətli münaqişə ocağı yaratmaq niyyətindədirlər: “Hər zaman olduğu kimi, prinsipial və qətiyyətli mövqelərdən çıxış edən cənab Prezident İlham Əliyev birmənalı olaraq bəyan etdi ki, bu gün Ermənistanı yenidən müharibəyə sürükləyən Fransa və bu ölkənin Prezidenti Makrondur. Fransa Ermənistanı məhvedici silahlar təchiz edir və həmin silahların bizə qarşı yönəldilməsinə nəzarət edir. Mahiyyət etibarı ilə Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası “Avropa monitorinq missiyası” gecə-gündüz casus kimi sərhədlərimizdə dayanırlar. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün bu ölkəyə verir. Fransa onlara məhvedici silahlar göndərir. Belə olan halda, Ermənistan nəyə hazırlaşır? Daha doğrusu Fransa Ermənistanı nəyə hazırlaşdırır? Dövlət başçımızın dediyi kimi, əgər Ermənistan sülh istəyirsə, silahlanmaya ehtiyac yoxdur. Yox, əgər onlar bu dəfə də yeni himayədarlarının təhrikinə uyub silahlı münaqişəni başlatmaq istiqamətində bir səhv addım atarlarsa, bu zaman onları nələr gözlədiyini Ermənistan özü bütün havadarlarından daha yaxşı bilir” – deyə,Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-03-2025, 09:44 Oxunub: 25
Bölməyə aid digər xəbərlər
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
15-03-2024, 13:13
Aqiyə Naxçıvanlı: “XI Qlobal Bakı Forumu yeni regional reallıqların düzgün qiymətləndirilməsi baxımından unikal platformadır”
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi