16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji sahəsində uğurlarının təntənəsidir”

“Azərbaycan artıq uzun illərdir ki, təkcə regionda deyil, qlobal enerji məkanında da strateji aktor kimi qəbul olunur. Bu statusun qazanılması və qorunması isə təsadüfin nəticəsi deyil. Bu, uzaqgörən siyasi liderliyin, düşünülmüş enerji strategiyasının və milli maraqlara söykənən möhkəm dövlət iradəsinin məhsuludur. “Bakı Enerji Həftəsi” kimi tədbirlər isə bu uğurların həm təntənəsi, həm də gələcəyin planlaşdırıldığı mötəbər platformadır.”
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
Müsahibimiz deyib ki, iyunun 2-də cənab Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” sərgilərinin və “Baku Energy Forum”un rəsmi açılışında çıxış edərkən bu tarixi yolun əsl mahiyyətini ortaya qoydu: “Həqiqətən də Azərbaycanın enerji diplomatiyası onun suverenlik yolundakı dönüş nöqtələrindən biri olub. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin müdrik siyasi baxışının nəticəsi olaraq, ölkəni iqtisadi tənəzzüldən çıxarıb, regionun enerji xəritəsində aparıcı oyunçulardan birinə çevirdi. Bu xətt bu gün cənb Prezident İlham Əliyevin rəhbərliyi ilə həm yeni məzmun, həm də daha geniş coğrafiya qazanaraq davam etdirilir. Bu isə müstəqil İqtisadiyyatın uğuru deməkdir. Azərbaycan iqtisadi müstəqilliyini möhkəmləndirməklə yanaşı, beynəlxalq bazarlarla strateji şəkildə inteqrasiya olunmuşdur. Cənab Prezident İlham Əliyev bu barədə çıxışında bildirdi: “Bizim xarici borcumuz ÜDM-in cəmi 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir.” Bu fakt ölkəmizin maliyyə dayanıqlığının və müstəqil iqtisadi qərarvermə imkanlarının göstəricisidir. Azərbaycanın ixrac etdiyi təbii qazın coğrafiyası ildən-ilə genişlənir. Əgər ötən il 8 ölkəyə qaz ixrac edilirdisə, bu il bu rəqəm artıq 12-yə çatıb. Bu isə yalnız enerji deyil, eyni zamanda etibar ixracıdır. Çünki Azərbaycan bu gün etibarlı tərəfdaş, enerji təhlükəsizliyində sabitlik rəmzi kimi qəbul olunur. Bununla yanaşı Yaşıl enerji sahəsində də böyük uğurlar əldə edilir. Yaşıl enerji həm də gələcəyin qarşılanması deməkdir. Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, neft və qazla zəngin olan Azərbaycan yaşıl enerji sahəsində də liderliyə iddialıdır: “2030-cu ilədək 6,5 giqavat bərpaolunan enerji gücünə malik olacağıq.” Bu həm ölkənin öz enerji balansında çevikliyi təmin edəcək, həm də təbii qazın ixrac potensialını artıracaq. 13-cü “Caspian Power” sərgisi də məhz bu məqamları əks etdirir. Günəş, külək və digər alternativ enerji növlərinin inkişafına yönələn bu tədbir, Azərbaycanın texnoloji tərəqqiyə açıq olduğunu və ekoloji məsuliyyət daşıdığını göstərir. Enerji həftəsini milli İradənin beynəlxalq platforması kimi də dəyərləndirmək olar. “Bakı Enerji Həftəsi” bu il 39 ölkədən 267 şirkətin nümayəndəsini bir araya gətirib. Bu tədbir artıq təkcə sərgi və forum deyil, qlobal dialoqun və strateji əməkdaşlığın simvoluna çevrilib.
Sonda millət vəkili Bakı Enerji Həftəsinin ilk günündə cənab Prezident İlham Əliyevin COP29-un uğurlarına dair səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb: “COP29 çərçivəsində Azərbaycanın üzərinə götürdüyü məsuliyyət dövlətin enerji siyasətinin humanist və qlobal yönünü açıq şəkildə ortaya qoyur. İtki və Zərər Fondunun yaradılması, karbon bazarının işə salınması və inkişafda olan ölkələrə dəstək təşəbbüsləri Azərbaycanın sadəcə enerji ixracatçısı deyil, həm də etik və məsuliyyətli enerji lideri olduğunu sübut edir. Burda güvən də çox önəmlidir. Azərbaycan bu gün öz tarixində yeni bir mərhələnin astanasındadır. Enerji sadəcə iqtisadi gəlir yox, milli maraqların təminatçısı, diplomatik alət və gələcəyin təminatçısı kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, enerji resursları düzgün idarə edilirsə və əməkdaşlıq balanslı şəkildə qurulursa, hər kəs üçün uğurlu vəziyyət yaranır. “Bakı Enerji Həftəsi” yalnız tədbir deyil. Bu, Azərbaycanın enerji uğurlarının təntənəsidir. Bu, neftin işığında, qazın axarında, küləyin və günəşin enerjisində formalaşan qürur tarixidir. Bu, iqtisadi yüksəlişin, siyasi uzaqgörənliyin və xalqın sabaha olan inamının güzgüsüdür” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 5-06-2025, 09:40 Oxunub: 18
Bölməyə aid digər xəbərlər
2-06-2025, 12:39
Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda - Yenilənib - Fotolar
2-06-2025, 08:49
Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir
5-06-2024, 10:34
Eltun Süleymanov: “Enerji təhlükəsizliyində ölkəmizin yeri və rolu mühüm əhəmiyyət daşıyır”
4-06-2024, 11:01
İlham Əliyev Bakıda bu sərgilərin açılışında... -YENİLƏNİB
8-02-2024, 09:47
Səttar Möhbalıyev: “Prezident seçkisinin nəticəsi xalqımızın iradəsinin məhsuludur”
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
1-06-2023, 14:21
Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə maraq ildən-ilə yüksəlir”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
20-06-2022, 10:49
Azərbaycanda neft və qaz gəlirləri bərabərləşir - Tarixdə ilk
1-06-2022, 10:42
İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərginin açılış mərasimində - YENİLƏNİB + FOTO
7-02-2022, 09:32
“Brent” nefti bahalaşıb, “WTI” ucuzlaşıb
6-10-2021, 09:49
Neft bahalaşıb
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
21-11-2020, 12:09
Azərbaycanın defolt reytinqi təsdiqləndi - proqnoz "Mənfi"dir