12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
"Ramin müəllimə qarşı əsassız böhtanlara qəti CAVAB



Son günlər bəzi şəxslər tərəfindən Ramin müəllimə qarşı əsassız və həqiqətə uyğun olmayan ittihamlar səsləndirilir. Xüsusilə Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev 19 ünvanında inşa edilən obyektlə bağlı yayılan fikirlər tamamilə yanlış və məqsədli şəkildə formalaşdırılıb. Bu cür əsassız ittihamlar həm Ramin müəllimin nüfuzuna xələl gətirmək, həm də cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır.


İnşaat məsələsi ilə bağlı isə bütün hüquqi prosedurlar aidiyyatı dövlət qurumları tərəfindən ciddi şəkildə nəzarətdədir. Hazırda yayılan qanunsuzluq iddialarının heç biri rəsmi şəkildə təsdiq olunmayıb. Bu baxımdan, ictimaiyyəti əsassız böhtanlara və şərara aldanmamağa, yalnız hüquqi orqanların verdiyi rəsmi açıqlamalara etibar etməyə çağırırıq. Hər bir tikinti layihəsi müvafiq sənədlərlə təsdiqlənir və qanunvericiliyə uyğun həyata keçirilir.

Qeyd etmək istəyirik ki, Ramin müəllim həm qazimiz kimi, həm də vətənpərvər şəxs kimi daim şəhid ailələri və qazilərimizin yanında olmuş, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün əvəzsiz fəaliyyət göstərmişdir. Onun göstərdiyi maddi və mənəvi dəstək, şəhid ailələrinin və qazilərimizin ehtiyaclarının qarşılanmasına yönələn təşəbbüsləri cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və dövlət tərəfindən də dəstəklənir. Ramin müəllim xeyirxah və humanist fəaliyyəti ilə bir çox insanların həyatında müsbət dəyişikliklər yaradıb, sosial məsələlərin həllinə öz töhfəsini verib.

Ramin müəllim İlham Əliyev prezidentimizin ölkədə sosial ədalətin, əhalinin rifahının yaxşılaşdırılması və şəhid ailələrinə, qazilərə diqqətin artırılması siyasətini dəstəkləyir və bu siyasətin uğurla həyata keçirilməsi üçün əlindən gələnin ən yaxşısını edir. O, ölkəmizin inkişafı və vətəndaşların sosial müdafiəsi istiqamətində atılan addımlara sadiqdir və bu yolda çalışır.

Biz inanırıq ki, hər bir vətəndaş olaraq qarşılıqlı hörmət və anlayış əsasında bir-birimizi dəstəkləməli, dövlətimizin və millətimizin rifahı üçün birgə çalışmalıyıq. Ramin müəllim kimi şəxslərin fəaliyyəti də məhz bu məqsədə xidmət edir və onların əməlləri ilə bağlı düzgün qiymətləndirmələrə üstünlük vermək vacibdir.


Tarix: 5-06-2025, 11:00 Oxunub: 23


Bölməyə aid digər xəbərlər