12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
Taleh Qaraşov: Şərəfli və məsuliyyətli ömür yolu

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov - “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Bu sözlər Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. Dahi şəxsiyyətin bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.” Həqiqətən də, Azərbaycan qadını bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına örnəkdir.
Hələ 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” Fonduna rəhbərlik edən Mehriban xanım Əliyeva Birinci Qarabağ müharibəsi, daxili siyasi xaos, müstəqilliyin ilk çətin illəri və Azərbaycanın düşmənlərinin intriqaları nəticəsində düşdüyü təcrid vəziyyətində mədəniyyətimizin, erməni işğalının, Ermənistanın azərbaycanlılara qarşı edilən soyqırımı bütün dünyaya çatdırır, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltməyə çalışırdı.
2005-2017-ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri var. Mehriban Əliyeva parlamentin bir çox mühüm qərarlarının: məhkumlara amnistiya, qadın və uşaq hüquqlarının müdafiəsini təmin edən qanunların, milli adət-ənənələrin və ailə prinsiplərinin təşəbbüskarı olub. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rola malikdir.
2016-cı ildə Azərbaycanda referendum keçirilərək Konstitusiyaya bir sıra mühüm dəyişikliklər olundu. Bu, ölkədə yeni islahatlarının keçirilməsi istiqamətində atılan mühüm addım idi. Dövrün yeni tələblərinə uyğun dəyişikliklərin tərkib hissəsi kimi Vitse-prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu mərhələnin başlanğıcına çevrildi. 2017-ci ildə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Respublikanın Birinci vitse-prezidenti təyin edilməsi isə sanki hər bir vətəndaşın seçimi oldu. Mehriban xanım Yeni Azərbaycan Partiyasının sədr müavini kimi partiyamızın yeni dövr üçün prioritetlərinin müəyyən edilməsində və fəaliyyət göstərməsində öz layiqli töhfəsini verir.
O, həm vətəndaş, həm dövlət xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkəmizin inkişafı üçün səylərini əsirgəmir. “ Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.” - bu fikirlər Mehriban xanımın həyat fəlsəfəsinin əsasını təşkil edir. Onun bütün layihələrinin mərkəzində - İnsan dayanır. Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. O, ölkədə gender bərabərsizliyinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi ailə dəyərlərinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Mehriban xanım eyni zamanda, valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Bir məsələni də unutmaq olmaz ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu daha bir stereotipi qırdı. Fərqli uşaqları- daun sindromlu, Autizm spektr pozuntulu və digər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzlər, xüsusi və qarışıq tipli mərkəzlər açdı. Uzun illər idi ki, belə uşaqlar cəmiyyətdən təcrid olunmuşdu. Ancaq Mehriban xanımın sayəsində həmin uşaqlar inkişaf edir, bacarıqlar əldə edir, təhsil alır, əylənir- bir sözlə cəmiyyətə inteqrasiya edir. Bu, onların valideynləri və ailələri üçün inanılmazdır.
Fondun xətti ilə yüzlərlə məktəb, onlarla xəstəxana, uşaq evləri və internat məktəbləri tikilib, minlərlə şəhid ailəsi və müharibə veteranı yeni rahat mənzillərə köçmüşdür. Mehriban xanımın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizə öz bəhrəsini verməkdədir. Heydər Əliyev Fondu, onun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında rolu böyükdür. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu dünya arenasında böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir.
Azərbaycanın Birinci vitse-prezidenti sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verir. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir. Eyni zamanda, klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı Asiyada və öz vətənində təmsil edir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Mehriban xanımın təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoq, eyni zamanda, məscidlər tikilir və ya əsaslı bərpa olunur.
Mehriban xanım əsl liderlik keyfiyyətlərinə malikdir. O, humanizmi, mərhəməti güclü siyasi iradə və yüksək təşkilatçılıq qabiliyyətini birləşdirməyi bacarır. Mehriban xanım düzgün komanda yaratmaq xüsusiyyətinə malikdir. Hər bir şəxsi dəyərləndirərək onun bacarığını istiqamətləndirir. Mehriban xanım hər zaman prioritetlərini zamana görə müəyyənləşdirir, kiçik komandasının səylərini bu prioritet vəzifələrin həllinə yönəldə bilir. Hazırda erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevlə bərabər Mehriban xanımın da başçılıq etdiyi Böyük Qayıdış Planı həyata keçirilir, bərpa-tikinti işləri, nəhəng quruculuq layihələri həyata keçirilir. Hamımız bir-birinin ardınca həyəcan və qürur hissi ilə, qısa müddətdə qədim tarixi-dini abidələrin, mədəniyyət mərkəzlərinin, kənd və şəhərlərin dirçəldilməsini izləyirik.
Mehriban xanımın bütün fəaliyyəti Vətənə xidmət nümunəsidir. Onun bütün həyatı bir əsas məqsədə - Azərbaycan xalqının müstəqilliyi, inkişafı və firavanlığına həsr olunub!
Bölməyə aid digər xəbərlər

Tarix: 26-08-2025, 09:15 Oxunub: 18
Bölməyə aid digər xəbərlər
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
10-03-2025, 10:58
Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür
8-03-2025, 09:00
Qadın gülərsə, bəşəriyyət güləcək
5-03-2025, 19:06
Prezident İlham Əliyev: Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olublar
4-03-2025, 10:09
Eltun Süleymanov: "Qadın hüquqlarının qorunması dövlət siyasətinin tərkib hissəsidir"
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
7-03-2024, 12:12
Ölkədə qadın siyasətinin əsasını qoyan şəxs
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
13-12-2022, 09:33
Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və Elnur Hüseynov barədə yazılanlar həqiqəti əks etdirmir - MÖVQE
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO