16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: Ağdam dirçəlişin və tarixi ədalətin simvoludur

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan Ağdam faciəsi bu gün qürurlu bir dirçəliş dastanına çevrilib. Ağdamın işğaldan azad olunması yalnız bir rayonun deyil, bütün Azərbaycanın milli qürurunun, ədalətin və əzminin bərpası deməkdir. 20 noyabr – Ağdam şəhəri günü artıq təkcə xatirə deyil, həm də Zəfər dövrünün təntənəsidir.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, “Ağdam” sözü qədim türk dillərində “kiçik qala” anlamını daşıyır. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xanın bu ərazidə ağ daşdan imarət tikdirməsi, şəhərin adının mənşəyinə öz izini qoyub. Ağdam-ağ daşlardan tikilmiş, günəş şüaları ilə nurlanmış “ağ ev” deməkdir. Bu mənada Ağdam qədim türklərin müdafiə, mədəniyyət və estetik düşüncəsinin bir rəmzidir. Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1094 kvadrat kilometr ərazisi olan rayon Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Bu torpaq həm təbiət gözəlliyi, həm də mədəni zənginliyi ilə seçilir. Bura qədim Azərbaycan mədəniyyətinin beşiyidir, qədimdən bəri kənd təsərrüfatı, ipəkçilik və sənətkarlıq mərkəzi kimi tanınıb. XX əsrin ortalarından aparılan elmi-arxeoloji qazıntılar göstərib ki, Ağdam ərazisində 6–8 min il əvvəl Eneolit dövründə (e.ə. VI–IV minilliklər) insanlar məskunlaşıb, əkinçilik və maldarlıqla məşğul olublar. Üzərriktəpə abidəsi Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri kimi tanınıb. Burada tapılan qədim taxıl və üzüm dənələri, keramika nümunələri və tikili qalıqları bu torpağın sivilizasiya mərkəzi olduğunu sübut edir. Ağdamın işğalı yandırılmış torpağın fəryadı oldu. 1993-cü ilin iyulunda Ermənistan silahlı qüvvələri tərəfindən Ağdamın 73 faizi işğal edildi. 90 kənd, rayon mərkəzi, 74 məktəb, 271 mədəniyyət evi, unikal Çörək Muzeyi, 38 kolxoz, 12 sənaye müəssisəsi yerlə-yeksan olundu. 128 min ağdamlı doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşadı. 6 mindən çox insan şəhid oldu. Ağdam bir şəhər deyil, bir millətin yanar yaddaşına çevrildi. 1993-cü il 29 iyulda BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi. Qətnamədə “işğalçı qüvvələrin Ağdam və digər Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb olunsa da, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadı. Dünyanın gözü önündə Ağdam-Qafqazın Xirosimasına çevrildi. Ermənistanın işğal dövründə törətdiyi müharibə cinayətləri – mədəni və dini abidələrin dağıdılması, yer adlarının dəyişdirilməsi, kəndlərin yandırılması, qəbiristanlıqların təhqiri – bəşəriyyətə qarşı cinayət idi. Ağdamın siması o illərdə bəşəri vicdanın sınaq meydanına çevrildi.
Millət vəkili onu da deyib ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanat Azərbaycanın tarixi qələbəsinin rəsmi təsdiqi oldu. 20 noyabr 2020-ci ildə Ağdam rayonunun işğal altındakı hissəsi bir güllə atılmadan, diplomatik və hərbi üstünlüyün gücü ilə azad olundu. Bu, Azərbaycan diplomatiyasının və ordusunun müdrik qələbəsi idi. Azərbaycan Ordusunun igid hərbçilərinin qəhrəmanlığı dövlət səviyyəsində qiymətləndirildi. Cənab Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi və 5790 hərbi qulluqçu bu mükafata layiq görüldü. Bu medal təkcə döyüş şücaətinin deyil, həm də milli qürurun nişanəsidir. İşğaldan sonra Ağdam xarabalığa çevrilmişdi. Lakin bu gün həmin torpaq yenidən dirçəlir. 2021-ci ilin 28 mayında təqdim olunan Baş Plana əsasən, Ağdam şəhərində 5 müasir məhəllə salınır. Artıq 2-ci məhəllədə 66 bina tikilir, gələn ilin payızında ilk köç planlaşdırılır. Xıdırlı, Kəngərli, Sarıcalı kimi kəndlərdə bərpa işləri aparılır. Ağdam artıq kül içindən doğan bir şəhərdir – təkcə binalar deyil, ruh bərpa olunur. Ağdamın azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bu müqəddəs torpağa səfər edib. 23 noyabr 2020-ci ildə ucaldılan Azərbaycan Bayrağı azadlığın simvoluna çevrildi. Sonrakı illərdə dövlət başçısının Ağdama hər səfəri yeni bir inkişaf mərhələsinin başlanğıcı oldu. Cənab Prezidentin iştirakı ilə Bərdə–Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, Zəfər və İşğal muzeylərinin, Ağdam məktəblərinin, Cümə məscidinin, İmarət Kompleksinin, Ağdam-Füzuli avtomobil yolunun, Xaçınçay su anbarının və bir çox kəndlərin təməlqoymaları həyata keçirildi. 2024-cü ilin aprelində cənab Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Ağdama birgə səfər edərək Cümə məscidinin açılışında iştirak etdilər – bu hadisə həm dini, həm də siyasi məna daşıyırdı: Qarabağ artıq sülhün, əməkdaşlığın və dirçəlişin mərkəzinə çevrilmişdi.
Bu gün Ağdamda Ağdam Konfrans Mərkəzi, Aghdam City Hotel, İmarət stadionu, Sənaye Parkı, dördüncü və beşinci yaşayış kompleksləri kimi layihələr həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam Azərbaycanın iqtisadi, mədəni və texnoloji inkişaf xəritəsində ön sıralara yüksəlir. Ağdam bu gün həm Zəfərin, həm quruculuğun, həm də əzmkar millət ruhunun rəmzidir. Dağıdılmış şəhərin yerində yüksələn yeni Ağdam bir mesaj verir: Azərbaycan xalqı öz torpağında əbədi var olacaq-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb. .
Bölməyə aid digər xəbərlər

Tarix: 14-11-2025, 09:03 Oxunub: 14
Bölməyə aid digər xəbərlər
15-10-2025, 12:35
Səttar Möhbalıyev: Zəngilan qayıdışın, dirçəlişin və gələcəyin şəhəridir
18-11-2024, 15:07
Ağdam rayonu haqqında məlumat
24-12-2023, 16:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublar
20-11-2023, 12:26
Ağdam artıq 3 ildir ki, azaddır
19-11-2023, 09:09
Eltun Süleymanov: “Ağdam Şəhəri Günü” ilahi ədalətin təntənəsidir”
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
14-02-2022, 09:43
İlham Əliyev və Mehriban Əliyeva Ağdamda İmarət kompleksində olublar - YENİLƏNİB + FOTO
20-11-2021, 09:00
Ağdamın işğaldan azad olunmasından bir il ötür
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 10:44
SOCAR tenderlər elan edib - SİYAHI