20:18 / 05-06-2026
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
16:00 / 05-06-2026
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
15:30 / 05-06-2026
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
15:28 / 05-06-2026
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
14:29 / 05-06-2026
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
14:22 / 05-06-2026
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
Röyal Sarıməmmədov: Doğma torpaqlarımız dirçəlir

Pirallahı rayon MKTB - rəisi Röyal Sarıməmmədov - Azərbaycanın qədim yaşayış məskənlərindən biri, əzəli dədə-baba yurdumuz olan, əsrarəngiz təbiəti və Kiçik Qafqaz sıra dağları ilə əhatələnən Laçın rayonu uzun illər digər doğma ərazilərimiz kimi erməni vandalizmindən əziyyət çəkmişdir. Laçın toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir. Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.
Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.
Azərbaycanda cərəyan edən gərgin ictimai-siyasi proseslər, o vaxtkı rəhbərliyin səriştəsiz fəaliyyəti, ölkədəki apatiya və Birinci Qarabağ müharibəsinin başlanması 1992-ci il 18 may tarixində Laçının erməni təcavükarları tərəfindən işğal olunması ilə nəticələndi. Müstəqil Azərbaycanın və Partiyamızın qurucusu olan Ulu öndər Heydər Əliyev belə çətin bir durumda xalqımızın və ərazi bütövlüyümüzün xilaskarı olmuşdur. Müharibənin dayandırılması və Azərbaycanın böyük tərəqqi yoluna qədəm qoyması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, həmin uğurlu siyasət kursu Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əiiyev tərəfindən layiqincə davam etdirilir. Ölkə Prezidenti tərəfindən həyata keçirlən ideal YAP siyasəti nəticəsində Azərbaycan möhtəşəm Qələbəyə imza atdı. Bu Qələbə və ümumilikdə bütün sferalarda nailiyyətlərin əldə olunması, güclü iqtisadiyyatı olan dövlətin formalaşdırılması təbii ki, düzgün və məqsədyönlü Yeni Azərbaycan Partiyası siyasətinin bariz nümunəsidir. 2020-ci il tarixdə Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində bu inkişafın, tərəqqinin bir daha şahidi olduq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı ilə qazanılan böyük Qələbə əslində Azərbaycanımızın ən böyük probleminin həlli idi. Vandalizm siyasətinə əsaslanan, qaniçən düşməndən azad edilən torpaqlarımızda göründüyü kimi bütün infrastruktur dağıdılmış, xarabalığa çevrilmişdir. Ermənistanın kapituliyasiyasını rəsmiləşdirən - Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. Heç bir güllə atılmadan Laçının azad olunması diplomatik qələbəmiz olmuşdur.
Quldurcasına talan edilən torpaqlarda indi sürətli bərpa işlərinə başlanmışdır. İşğaldan azad olunan doğma ərazilərimizə mütamadi olaraq səfər edən möhtərəm Prezidentimiz cari ildə növbəti səfər çərçivəsində Kəlbəcər və Laçın rayonlarında görülmüş işlərlə tanış oldu, müvafiq tapşırıqlarını verdi, yeni obyektlərin tikintisi üçün Sərəncam imzaladı. Bu görüntülər bizdə böyük fəxarət hissi doğurur. Biz də doğma Qarabağ və Zəngəzur torpağında görülən quruculuq işlərinə dəstək olmalıyıq. Vətən müharibəsində bir yumruq halında birləşdiyimiz kimi, quruculuq işlərində də birliyimizi bir daha nümayiş etdirməliyik. Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq proseslərinə onlarca tanınmış şirkət, minlərlə mütəxəssis və işçi qüvvə cəlb edilib. Bizə dost olan ölkələrin nümayəndələri də yenidənqurma işlərində əllərindən gələni etməkdən şərəf duyurlar.
Qürur hissi ilə söyləyirik ki, Laçın azaddır! Qarabağ Azərbaycandır! Doğma Qarabağ və Zəngəzur yenidən qurulur, ata-baba yurdumuza tez bir zamanda Böyük Qayıdışın tamamlanması üçün sürətli şəkildə bərpa-quruculuq işləri həyata keçirilir. Bir sözlə doğma torpaqlarımız yenidən dirçəlir, yurdumuza yeni həyat və yeni nəfəs qayıdır.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-12-2022, 11:42 Oxunub: 85
Bölməyə aid digər xəbərlər
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
27-07-2022, 10:21
Röyal Sarıməmmədov:Azərbaycanın tərəqqisinə, təhlükəsizliyinə və gələcəyinə xidmət edəcək strategiya
22-11-2021, 10:14
Putinin sərhədləri müəyyənləşdirmək üçün bəhs etdiyi xəritələr üzə çıxdı: SENSASİON DETALLAR - FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU