12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Bu torpaqlarda ev tikənlər "kupça" ala bilməyəcək

Bu torpaqlarda ev tikənlər "kupça" ala bilməyəcək


"Bəzən vətəndaşlar notarial qaydada torpaq alır və elə hesab edirlər ki, artıq bu torpaqla bağlı heç bir problem yaşamayacaqlar. Lakin həmin torpaqda ev tikməyə başlayarkən müəyyən olunur ki, bu torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır".

Bunu vəkil Turan Abdullazadə deyib.

Vəkil qeyd edib ki, kateqoriyası kənd təsərrüfatı təyinatlı olan torpaqlarda fərdi yaşayış evi tikmək olmaz.

Vətəndaş həmin torpaqda fərdi yaşayış evi tiksə də, bu evə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən çıxarış, yəni "kupça" ala bilməyəcək. Odur ki, torpaq alarkən sırf dəyərindən qat-qat ucuz olduğu üçün şirniklənməməyi və diqqətli olmağı tövsiyə edirəm", - T.Abdullazadə bildirib.

Tarix: 26-05-2023, 16:00 Oxunub: 37


Bölməyə aid digər xəbərlər
31-01-2023, 17:20 Prezident fərman imzaladı
26-08-2022, 17:20 NEMAN BAYRAMOV NƏ İSTƏYİR?