12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Seçkiyə müdaxilə edənlər məsuliyyə cəlb ediləcək - Baş Prokurorluqdan XƏBƏRDARLIQ

Seçkiyə müdaxilə edənlər məsuliyyə cəlb ediləcək - Baş Prokurorluqdan XƏBƏRDARLIQ


Seçkilərlə bağlı prokurorluq orqanlarının vəzifələri, əsasən, daxil olmuş şikayətlərə baxılması ilə bağlıdır. 

Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

"Bildirim ki, 2002, 2009, 2016-ci illərdə referendumla bağlı bizə ümumiyyətlə müraciətlər daxil olmayıb.  2008, 2018-ci ildə prezident seçkiləri ilə bağlı da bu kimi heç bir məlumat prokurorluq orqanlarına daxil olmayıb. Seçki komissiyalarının işinə mane və müdaxilə edənlər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək”, - o qeyd edib.

Elçin Məmmədovun sözlərinə görə, seçki komissiyalarından şikayətlər məhkəməyə verilə bilər.

“Məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrində 3 gün müddətində baxılmalıdır. Seçki komissiyalarının işinə müdaxilə etməyə, seçki sənədlərini saxtalaşdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub”.

Tarix: 20-12-2023, 13:54 Oxunub: 27


Bölməyə aid digər xəbərlər