12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ

Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ


Azərbaycanın aparıcı banklarından biri dəmir yolu ilə yanaşı digər nəqliyyat vasitələrində də gedişhaqqını kartla ödəmək üçün təkliflərini aidiyyəti dövlət qurumlarına təqdim edib.

report xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

"Biz buna hazırıq. Hazırda müştərilərimiz dəmir yolunda ödənişi təkcə kartla deyil, həm də "Applepay" və "Googlepay" vasitəsi ilə həyata keçirə bilir. Bu imkanı da onlara təmin etmişik. Digər ictimai nəqliyyat vasitələrində kartdan istifadə ilə bağlı təkliflərimiz müvafiq qurumlara vermişik. Əgər onlardan müsbət rəy olsa, bununla bağlı hazırlığımız və bilik-bacarığımız var. Bu xidmətin əhatə dairəsini sürətlə genişləndirə bilərik", - deyə o qeyd edib. 

Tarix: 8-05-2025, 12:09 Oxunub: 22


Bölməyə aid digər xəbərlər
19-10-2023, 09:51 Azərbaycanda bank bağlandı