12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Bakıda daha bir söküntü - Sakinlər kompensasiyadan NARAZIDIR

Bakıda daha bir söküntü - Sakinlər kompensasiyadan NARAZIDIR


Bakıda böyük söküntü başlayır.

 Xəzər TV bildirir ki, söküləcək evlərin hər kvadratmetrinə görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratmetrinə görə 3000 manat kompensasiya ödəniləcək. Söhbət paytaxtın Təzəpir məscidinin yaxınlığındakı ərazilər gedir. Həmin ərazilər tezliklə Mərkəzi Parka birləşdiriləcək.

Layihəyə əsasən, Yasamal rayonunda, Təzəpir məscidinin tinindən Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək. Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Sakinlər isə onlara təklif edilən kompensasiya məbləğinin az olduğundan gileylənir.

Tarix: 21-05-2025, 08:37 Oxunub: 8


Bölməyə aid digər xəbərlər