12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Qarabağda mərkəzi istilik sistemi quraşdırılacaq

Qarabağda mərkəzi istilik sistemi quraşdırılacaq


Qarabağda mərkəzi istilik sisteminin quruşdırılması qəti şəkildə müdafiə edilir və bu istiqamətdə addımlar atılır.

Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.

"İstilik enerjisi ilə bağlı bizim üçün dönüş nöqtəsi Qarabağ oldu. Bildiyiniz kimi, həmin ərazi "yaşıl enerji" zonası elan edilib və biz 2050-ci ilə qədər xalis 0 emissiyaya nail olmağı hədəf götürmüşük. Mərkəzi sistem niyə əhəmiyyətlidir? Çünki daha ucuz və təhlükəsizdir", - nazir müavini bildirib.

Tarix: 4-06-2025, 12:10 Oxunub: 6


Bölməyə aid digər xəbərlər