12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
33° isti olacaq

33° isti olacaq


Sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 29-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Tarix: 24-06-2025, 15:30 Oxunub: 18


Bölməyə aid digər xəbərlər
15-07-2021, 14:48 Sabah yağış yağacaq
22-07-2020, 19:41 Sabah yağış yağacaq
10-07-2020, 12:53 Sabah yağış yağacaq