12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Kredit faizləri bahalaşıb - Səbəb nədir?



Azərbaycanda manatla verilən kreditlər bahalaşıb.

Xəzər TV bildirir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yeni verilən kreditlər üzrə ortaillik faiz dərəcəsi 18.90% təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.79 faiz artım deməkdir.

İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, milli valyutada faiz dərəcələrinin artması bir neçə amillə izah oluna bilər.

Ekspert deyir ki, faizlərin yüksəlməsi adi vətəndaşların və sahibkarların kredit götürmək imkanlarına da təsirsiz ötüşmür. Faiz dərəcələrinin düşməsi üçün də bu məsələlərə diqqət yetirilməlidir.

Onun fikrincə, yaxın aylarda kredit faizlərinin enməsi gözlənilmir.

Qeyd edək ki, bu ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə də verilən kreditlər üzrə orta faiz dərəcəsi 6.59% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.84 faiz çoxdur.

Tarix: 8-07-2025, 13:00 Oxunub: 60


Bölməyə aid digər xəbərlər