16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Mehman Soltanov: Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi tarixi bir hadisədir

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov - Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi tarixi bir hadisədir. Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən sonra dünya azərbaycanlılarının ilk dəfə toplaşdıqları bu mühüm tədbir Zəfər Qurultayı adlandırıldı. Zəfər Qurultayında geniş nitq söyləyən Azərbaycan Prezidenti cənab İlham Əliyev torpaqlarımızın azad edilməsindən, bu taleyüklü məsələdə dövlətin, xalqın, ordunun, eyni zamanda dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıların həmrəyliyindən, hədəfə nail olmaq üçün görülən işlərdən bəhs etdi. Cənab Prezident qeyd etdi ki, bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımızdır və onlar tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən vətənpərvər gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Vətən müharibəsi günlərində yekdil birlik nümayiş etdirən dünya azərbaycanlılarının həmrəyliyi qələbə ilə yekunlaşdı. Hər bir azərbaycanlı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirək bu qələbəyə öz töhfəsini verdi. Azərbaycan xalqı öz gücünü ortaya qoyaraq ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut edildi ki, Azərbaycan xalqı böyük xalqdır və heç vaxt işğalla barışmaq fikrində deyil.
Zəfər Qurultayında Prezident cənab İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan müharibəni təkcə Ermənistanla aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibə aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Baxmayaraq ki, müharibə başa çatıb, ancaq ölkəmizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. İnformasiya təxribatları da davam edir. Ölkə başçısı bildirdi ki, postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılacaqdır. Bu işdə dünya azərbaycanlılarının da üzərinə müəyyən işlər düşür. Müharibə dövründə hər cür vasitə və imkanlardan istifadə edərək Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları ölkələrdə ictimaiyyətin diqqətinə çatdıran soydaşlarımız bundan sonra da yekdil həmrəylik nümayiş etdirməli, tarixi Vətənlə sıx bağlı olmalıdırlar. Ölkə başçısı cənab İlham Əliyev Zəfər Qurultayında çıxışı zamanı dünya azərbaycanlılarının bundan sonra həyata keçirməli olduqları işlərə də diqqət çəkdi. Hər bir azərbaycanlı öz ailəsi ilə ən azı ildə bir dəfə Azərbaycana, xüsusilə də azad edilmiş ərazilərə gəlməli, yaşadıqları ölkədən aslı olmayraq ana dilimizi unutmamalı, öz övladlarına öyrətməli, ölkəmizin yeni yaratmış olduğu reallıqları Azərbaycan hökuməti, səfirliklər, diaspor təşkilatlarının dəstəyi ilə bütün dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində diaspor təşkilatlarımızın fəallığı diqqət çəkir və bu fəallıq davamlı olaraq artmalıdır.
Cənab Prezident Qurultayda bildirdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, dövlətimiz isə qalib dövlət kimi əbədi yaşayacaq. Azərbaycan xalqı öz torpaqlarındadır və bu torpaqda möhkəm dayanıb, heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz. Azərbaycan xalqı böyük xalqdır və müharibə dövründə Azərbaycan Ordusunda bir nəfər fərari olmadı. Çünki xalqımız öz torpaqlarını düşmən tapdağından azad etmək istəyirdi və xalqımızın qələbəyə olan inamı, möhkəm əsaslı xalq-iqtidar birliyi, bütün dünya azərbaycanlılarının həmrəyliyi qələbəmizi təmin edən əsas amillərdəndir. Şəhidlərin qisasını düşməndən döyüş meydanında alındı, onların qanı yerdə qalmadı. Müharibə dövründə - cəmi 44 gün ərzində 300-dən çox şəhər və kənd döyüş meydanında azad olundu. Azərbaycan Ordusu Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara daha baha başa gələcək. Məhz buna görə Ermənistan məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı.
Dünya Azərbaycanlılarının V Qurultayında Minsk qrupu haqqında danışarkən cənab Prezident qeyd etdi ki, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Minsk qrupunun fəaliyyəti faktiki olaraq 2019-cu ildə iflic olmuş və Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. Həmin vaxtda da Minsk qrupu demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi. Artıq münaqişə bitib və bu qruma da ehtiyyac yoxdur. Qurultayda erməni vandalizminə diqqət çəkən Azərbaycan Prezidenti bildirdi ki, Şuşada bir dənə də salamat tarixi bina qalmamışdı. Ermənilər 17 bulağın 17-sini də qurutmuş, məscidlərimizi təhqir etmiş, sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazaraq ölülərin qızıl dişlərini çıxarıblar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə artıq dünya miqyasında rəzil olub. Azərbaycan təkcə işğalçını yox, faşistləri də məhv edib.
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar həqiqətləri duymağa başlamış və yeni reallıqları qəbul etmişlər. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləmişlər. Artıq postmünaqişə reallıqları həm qonşu ölkələr, həm də Amerika Birləşmiş Ştatları, Böyük Britaniya kimi böyük dövlətlər tərəfindən qəbul edilib. Hazırda Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsinin gündəlikdə olduğunu vurğulayan Prezident cənab İlham Əliyev bildirdi ki, bütün ağrılı məqamlara, 30 il işğala məruz qalmasına baxmayaraq bölgənin gələcəyi naminə sülh gündəliyini Azərbaycan təqdim etdi. Azərbaycanın konkret olaraq beş prinsipdən ibarət irəli sürdüyü təklif Ermənistan tərəfindən qəbul edilib. Bununla da Ermənistan rəhbərliyi rəsmən bəyan etmiş olur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.
Zəfər Qurultayında Azərbaycan Prezidenti öz çıxışı ilə dünya azərbaycanlıları qarşısında bir vəzifəni də müəyyənləşdirmiş oldu. Bu isə Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məsələsidir. Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri haqqında məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Bu müqavilələrdə erməni əhalisindən söhbət getmir. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi də tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması faktı da sənədlərlə təsdiq olunur. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən ölkəmizə qarşı növbəti təxribat hazırlanırdı - Qafqaz Bürosu Qarabağı da Azərbaycandan qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra – 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız Dağlıq Qarabağ Muxtar Vilayəti adlı süni bir qurum yaradıldı. Bu və digər tarixi faktları səsləndirməklə cənab Prezident dünya azərbaycanılarına öz gələcək fəaliyyətlərini qurmaq üçün bir istiqamət vermiş oldu. Eyni zamanda Azərbaycan Prezidenti bu tarixi çıxışı ilə dünya erməniliyini və onların işğalçılıq siyasətini bir daha sübutlarla ifşa etmiş oldu.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-04-2022, 09:29 Oxunub: 119
Bölməyə aid digər xəbərlər
25-04-2022, 11:47
Rüstəm Nağıyev: “Zəfər Qurultayı dünya azərbaycanlılarının öz ana vətənlərinə bağlılığının daha bir möhtəşəm nümayişi oldu”
23-04-2022, 20:36
Aqiyə Naxçıvanlı: “Zəfər qurultayı” diaspor fəaliyyətimizi gücləndirəcək
23-04-2022, 09:47
Səttar Möhbalıyev: “Zəfər Qurultayı Azərbaycan diaspor təşkilatlarının mütəşəkkilliyini və fəallığını daha da artıracaq”
22-04-2022, 12:43
İlham Əliyevin Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı - CANLI YAYIM
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
28-01-2022, 13:23
Kamaləddin Qafarov: “Azərbaycan gəncliyi öz adını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 17:55
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL
15-07-2020, 09:35
Azərbaycan balaca ölkədir, amma Azərbaycan qürurlu ölkədir