16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Vahid Əliyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda və dünyada aparıcı qüvvəyə çevrilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyev - Məlumdur ki, 2022-ci ilin aprelin 28-də Şuşada işinə başlayan və 29 aprel tarixində Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi. Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi Azərbaycanın bu qədim şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla hərtərəfli münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, dünya dövlətləri içərisində öz qüdrətini təsdiq edib. Yaxın 30 ilin tarixi onu da göstərdi ki, bu mənzərəni qəbul edə bilməyən məkrli qüvvələr təkcə xaricdə deyil, hətta daxildə belə bu nizamı pozmağa maraqlıdırlar. Lakin möhkəm dövlətçilik əsasları və qətiyyətli siyasi liderin iradəsi belə qüvvələrə tarixi dərs verdi. Azərbaycan sübut etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı dövlət siyasətinə çevrilməsi hər bir dövlətin qarşısında zəruri məsələ kimi dayanmalıdır. Tarixi hadisələr göstərdi ki, Azərbaycanın regionda belə siyasi kursu Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərindən başlamış, Qafqaz və Yaxın Şərq xalqlarının inkişafı naminə mövcud konsepsiya özünü doğrultmuşdur. Bu siyasətin əsasında dahi siyasi xadimin o ideyası dayanırdı ki, “dünyadan təcrid edilməyə xidmət edən siyasət kursunun heç bir perspektivi yoxdur. Azərbaycanın inkişafı Qafqaz regionunda inteqrasiya prosesləri ilə sıx bağlı olmalıdır. Cənubi Qafqaz isə öz növbəsində dünya siyasi və iqtisadi məkanına inteqrasiya olunmalıdır. Ermənistanın iflası da məhz bu siyasəti dərk etməməsindən irəli gəldi. Deməli, Prezident cənab İlham Əliyevin bu gün regionda və dünyada yeni reallıqların qəbul olunması istiqamətindəki ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı gücdür. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar regionun sabitliyi üçün hər kəs tərəfindən qəbul edilməlidir. Bunun üçün Ali Baş Komandan tərəfindən konkret irəli sürülmüş tələblər isə tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir.
Son vaxtların siyasi prosesləri göstərdi ki, Azərbaycan Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısıdır. Erməni terrorçu qruplaşmalarının işğalçı xislətinin bütün dünya üçün təhdid olmasını bəyan edərkən dünyada məlum qüvvələrin şantaj cəhdlərini diplomatiyamız hətta qıra bilmiş və onilliklərlə dünyada təhlükəli tendensiyaların vüsət almasında maraqlı qüvvələrin niyyətlərini puça çıxarmışdır. Məlumdur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Buna görə Azərbaycanın işğal olunmuş ərzilərinin boşaldılması kimi qətnamələr əsas istinad edilən sənəd kimi faktiki icra olunmamış qalmışdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bu qətnamələri özü icra etdi. Azərbaycan həmişə olduğu kimi, bu gün də Qarabağda insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı təhlükəsiz şəraitdə yaşaması kimi humanist mövqeyi həmsədrlər tərəfindən qiymətləndirilməmişdir.
Sirr deyil ki, Azərbaycan artıq uzun illərdir ki, Cənubi Qafqaz regionunun lideridir. Odur ki, respublikamızın yerləşdiyi bölgədə burada yaşayan bütün xalqların əmin-amanlığını və yüksək rifahını təmin edə biləcək beynəlxalq əməkdaşlıq da ölkə Prezidentinin hər zaman diqqət mərkəzində olmuşdur: “Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq" deməklə, Prezident cənab İlham Əliyev yenidən öz liderlik xüsusiyyətlərini nümayiş etdirdi və bu çağırışla region dövlətlərini, hətta Ermənistanı da sözdə deyil, gerçək reallıqda əməkdaşlıq etməyə çağırdı. Cənab Prezident bu əməkdaşlığın Ermənistan üçün yararlı olacağını, bir dövlət kimi mövcudiyyətinin bundan asılı olduğunu diqqətə çatdırdı. Bu gün Cənubi Qaqazda sülh gündəliyini təşviq edən Prezident cənab İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan artıq dünyanın əsas aparıcı ölkələri sırasında öndədir.
Beləliklə, Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda və dünyada özünə layiqli yer tutduğunu bir daha sübüt etdi.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-05-2022, 11:18 Oxunub: 271
Bölməyə aid digər xəbərlər
18-04-2022, 14:22
Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb - FOTOLAR
6-04-2022, 09:03
2022-ci ildə 578 nəfər həmkarlar ittifaqı üzvükurslara cəlb olunacaq
28-03-2022, 13:57
Ötən il qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
30-08-2021, 13:10
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB+ FOTO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI