16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Səttar Möhbalıyev: “Zəngilanda inşa ediləcək İşğal və Zəfər muzeylərinin əhəmiyyəti çox böyükdür”

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin mühüm tərəflərindən birini bütün ölkə ərazisində quruculuq işlərinin aparılması təşkil edib. Davamlı olaraq ölkəmizdə nəhəng infrastruktur layihələri icra olunur, yeni yollar çəkilir, məktəb binaları, səhiyə ocaqları və s. tikilir. Bu işlərin davamı bu gün işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda uğurla həyata keçirilir. Demək olar ki, hər şey yenidən qurulur. Bilirik ki, 30 il işğalçılar həmin ərazilərdə nə qədər talançılıqla məşğul olublar. Demək olar ki, hər şey məhv edilib, hətta təbiət, ekologiya belə onlardan ziyan çəkib. Bütün dünya bu barbarlığa şahiddir. Məlumdur ki, bu gün həmin ərazilərdə hər şey yenidən qurulur, yeni şəhərlər, qəsəbələr, kəndlər salınır. Təbii ki, bu da böyük zəhmət, güc və zaman tələb edir. Buna baxmayaraq, bu işlərin öhdəsindən Azərbaycan özü, təkbaşına gəlir ki, bu da dövlətimizin gücünü və qüdrətin göstərir”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağda bütün işlər sistemli şəkildə plana uyğun olaraq aparılır və həmin işlərin keyfiyyətinə söz ola bilməz: ”Ona görə ki, bütün proses dövlətimizin başçısının şəxsən nəzarəti altındadır, təməlqoyma mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, açılışlar edir və bu, mütəmadi xarakter alıb. Prezidentin hər səfərində biz bunun şahidi oluruq. Həm də icra olunan işlər dünyanın tikinti sahəsində tanınmış, təcrübəli şirkətlər tərəfindən həyata keçirilir. Bu da həmin işlərin keyfiyyətini artıran amillər sırasındadır. Mayın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış oldular, Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Həmçinin Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular. Bu, onu göstərir ki, həmin ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir, əsas hədəf sakinlərin ən tez zamanda öz yurdlarına qayıtmasıdır”.
“Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkəmizdə və dünyada humanitar sahədə gördüyü işlər göz qabağındadır, Fondun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rola malikdir. Onlarca dini abidə, məscid və ziyarətgah bərpa edilərək xalqımızın ixtiyarına verilib. Ənənəsinə sadiq qalaraq Fond işğaldan azad edilmiş ərazilərdə dini abidələrimizin, məscidlərimizin restavrasiyası işini uğurla davam etdirir. Bunlardan biri də Zəngilan məscididir ki, orada da fasiləsiz olaraq iş aparılır”, - Milli Məclisin deputatı deyib.
AHİK sədri İşğal və Zəfər muzeyləri kompleksinin yaradılmasının əhəmiyyətinə də diqqət çəkib: “İşğal Muzeyi düşmənin vandal əməllərinin nümayişi olacaq ki, bunu həm indiki, həm də gələcək nəsillərin bilməsi çox vacibdirdir. Muzeyin gələcək ziyarətçilərinə hər şey əyani şəkildə məlum olacaq. Həmçinin Zəfər Muzeyi xalqımızın, yenilməz Ordumuzun şərəflə icra etdiyi tarixi missiyanın əzəmətini gələcək nəsillərə daşıyacaq, onların daha vətənpərvər ruhda yetişməsində, dövlətə sədaqətli olmalarında əhəmiyyətli rol oynayacaq”.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-05-2022, 10:36 Oxunub: 91
Bölməyə aid digər xəbərlər
5-05-2022, 17:21
Səttar Möhbalıyev: “Yaxın gələcəkdə “Böyük Qayıdış”ın reallaşması üçün bütün mövcud potensiallar səfərbər olunub”
14-04-2022, 09:42
S.Möhbalıyev: “Rübün yekunları qarşıya mühüm vəzifələr qoyur”
20-03-2022, 14:26
Səttar Möhbalıyev: “Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması ölkə idmanının inkişafına yeni güc qatacaq”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
13-01-2022, 08:30
Səttar Möhbalıyev: “Ölkəmiz 2021-ci ili böyük nailiyyətlərlə başa vurub”
21-10-2021, 11:13
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda olublar - YENİLƏNİB
4-10-2021, 11:28
İlham Əliyev Suqovuşanda Azərbaycan bayrağını ucaldıb
25-08-2021, 08:52
Hər kəs üçün “SİZİN MEHRİBAN”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
4-02-2021, 14:05
Prezident yeni sədri qəbul etdi
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO