16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
“Prezident İlham Əliyevin qayğıkeşlik nümunəsi”

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasət, insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər xalqımız tərəfindən daim yüksək qiymətləndirilir və həmişə dəstəklənir. Xüsusilə həssas qruplara göstərilən diqqət, onların sosial müdafiəsi və həyat şəraitinin yüksəlməsi üçün bütün imkanlar səfərbər olunur. Dövlət başçımızın çağırışına bütün dövlət və qeydi-hökumət təşkilatları qoşularaq sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımızı daim öz diqqət və qayğıları ilə əhatə edirlər. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da nümunəyə çevrilib.
İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailələri, valideynləri, yaxınları, həmçinin hər iki müharibədə əlil olmuş şəxslər, veteranlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli dövlət qayğıları ilə əhatə olunurlar. Hələ Ulu Öndər Heydər Əliyev Prezident olduğu vaxtlar həmin kateqoriyadan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsasını təşkil edirdi. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin olunur, digər problemləri aradan qaldırılırdı. Bu nəcib missiyanı Ümummilli Lideri Heydər Əliyevin müzəffər davamçısı möhtərəm Prezidentimiz ləyaqətlə davam etdirir. Xatırladaq ki, parlaq qələbəmizin təmin olunduğu Vətən müharibəsi başa çatandan dərhal sonra Prezident şəhid ailələri, qazilər, müharibə iştirakçıları, həmçinin müharibədən ziyan çəkmiş insanlarımız barədə göstərişlər verdi, onları tamamilə dövlət qayğısı altına aldı. Müvafiq sərəncamlarla qəhrəman hərbçilərimiz medallarla təltif olundular, layiq olduqları statusu aldılar.
Dövlətimizin diqqət və qayğısı bununla məhdudlaşmır, şəhid ailələri və veteranlar işlə təmin olunur, özünüməşğulluq proqramına, ictimai işlərə cəlb edilir, onlara reabilitasiya xidmətləri göstərilir, həmçinin yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir, yeni nəsil protezlərlə təmin edilir. Məhz cənab İlham Əliyevin onlara olan nümunəvi münasibəti sayəsində bu gün şəhidlərimiz, qazilərimiz, ümumiyyətlə, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuz sahibidirlər, xalqımız şəhidlərimizi böyük ehtiramla anır, xatirələrini əziz tutur, qazilərimizə, müharibə iştirakçılarına yüksək hörmətlə yanaşır. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir. Dövlətimizin başçısı həmin kateqoriyadan olan insanlara mənzil, avtomobil təqdim olunan mərasimlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə iştirak edir, şəhid ailələri, qazilərlə görüşür, hərbçilərimizin qəhrəmanlıqlarından söz açır. Görünən odur ki, dövlətimiz həmişə onların yanındadır, bütün problemlərinin həlli istiqamətində əlindən gələni edir. Çox da uzağa getməyək, son 4 ilin statistikasına nəzər salaq.
Qeyd olunan müddət ərzində ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 51 faiz, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 75 faiz, yaşa görə orta aylıq pensiya 70 faiz, illik əməkhaqqı fondu 2,2 dəfə artıb. Bu 4 ildə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin məbləği 2,3 dəfə, müharibə əlillərinə Prezidentin aylıq təqaüdü orta hesabla 2,5 dəfə, müharibə əlillərinə müavinət orta hesabla 2 dəfədən çox artırılıb.
Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin verilməsi proqramı icra olunub. 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.
Son 4 ildə də 1500-dək, postmüharibə dövründə 264 nəfər, 2022-ci ilin ilk yarısında 100 nəfər, ümumilikdə ötən dövrdə 7450 nəfər müharibə əlilinə avtomobil verilib.
Postmüharibə dövründə də 1456 müharibə əlilinə 21 min reabilitasiya vasitəsi verilib, 5 min ailə sosial-psixoloji, 2506 qazimiz reabilitasiya xidmətləri, Vətən müharibəsinin 200 hərbçisi, habelə əvvəlki Qarabağ müharibəsi əlillərindən 130 nəfər, ümumilikdə 330 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub. Postmüharibə dövründə şəhid ailəsi üzvü, müharibə əlili və Vətən müharibəsi iştirakçısı olan 8 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatı və müəssisələri yaradılıb, 5400 şəxs isə münasib işlə təmin olunub.
Yada salaq k, 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə ilə təmin edilməsi proqramı uğurla icra edilib. Artıq dövətimizin başçısının müvafiq Fərmanı ilə Birinci Qarabağ müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş, ümumilikdə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu proqram dövlətimizin müharibə əlillərinə olan qayğısının növbəti təzahürüdür.
Onlara verilən birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə 4 400 manat müəyyən edilib. Təbii ki, bu qərar minlərlə müharibə əlili olan vətəndaşlarmıza, onların ailələrinə böyük maddi-mənəvi dəstəkdir.
Əminliklə deyə bilərik ki, dünyanın heç bir yerində müharibələrdə həlak olanlara, yaralananlara Azərbaycandakı kimi yüksək münasibət nümayiş etdirilmir. Bu, cənab Prezidentin humanist xarakterli siyasi fəaliyyətinin əsas tərkib hissəsidir. Prezident İlham Əliyev hər zaman xalqının yanında olub, onun sosial rifah halının yüksəldilməsi istiqamətində ardıcıl iş aparır. Bunun dövlətimizin başçısının müvafiq fərmanı bir daha təsdiqləyir.
Səttar Möhbalıyev,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı
Bölməyə aid digər xəbərlər

Tarix: 3-08-2022, 14:33 Oxunub: 107
Bölməyə aid digər xəbərlər
21-02-2022, 09:00
Azər Həsənov: “Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizdə idman hərəkatının davamlılığına misilsiz töhfələr verir”
22-02-2022, 01:00
Əli Hüseynov: Azərbaycan mədəniyyətinin geniş təbliği və sağlam mənəvi dəyərlərin qorunması Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yerlərdən birini tutur
21-02-2022, 14:35
Cəsarət Əhmədov: Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması müasir tariximizin mühüm hadisəsidir
18-02-2022, 09:00
Kamaləddin Qafarov: “Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlü fəaliyyətinin dəfələrlə şahidi olub”
31-08-2021, 11:44
Phd Dilqəm Məhərrəmov: Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da böyük təkan verir
30-08-2021, 09:10
Peykan Mehrəliyevə: Səhiyyənin inkişafı üçün böyük işlər görülür
25-08-2021, 08:52
Hər kəs üçün “SİZİN MEHRİBAN”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-08-2020, 09:05
Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU