12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Erməni deputat: “Ermənistan faktiki olaraq Rusiya və İrana görə mövcuddur”

Erməni deputat: “Ermənistan faktiki olaraq Rusiya və İrana görə mövcuddur”


9 noyabr 2020-ci il tarixindən sonra biz tamamilə fərqli bir ölkədə yaşayırıq.

Bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Andranik Tevanyan  deyib.

Onun sözlərinə görə, müharibə, eləcə də indiki Ermənistan hakimiyyətinin siyasəti və ideologiyası elə nəticələrə gətirib çıxarıb ki, Ermənistan artıq Qarabağın təhlükəsizliyinin təminatçısı deyil, üstəlik, hətta öz təhlükəsizliyinin təminatçısı da deyil.

“Ermənistan indi fiziki olaraq iki faktora - Rusiya və İrana görə mövcuddur. Bu iki amil olmasaydı, Ermənistan və Qarabağ sadəcə mövcud olmazdı. Qarabağ sözün əsl mənasında Rusiya sülhməramlıları tərəfindən qorunur. İran isə  Zəngəzur (Syunik) üçün qarşıdurmaya getməyə hazırdır, Ermənistan-Türkiyə sərhədi rus qoşunları tərəfindən qorunur. Ermənistan isə müəyyən geosiyasi tarazlığın nəticəsi olaraq hələ də mövcuddur”, - Andranik Tevanyan bildirib.

Tarix: 27-02-2023, 10:43 Oxunub: 26


Bölməyə aid digər xəbərlər