12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Daha bir ölkə rus diplomatları qovdu

Daha bir ölkə rus diplomatları qovdu


İsveç dövləti 5 Rusiya diplomatını ölkədən çıxardığını açıqlayıb.

Xarici KİV xəbər verir ki, bu barədə İsveç xarici işlər nazirliyi açıqlama verib.

“İsveç hökuməti Rusiya kəşfiyyatının yaratdığı təhlükəsizlik təhdidini çox ciddi qəbul edir. Rusiya səfirliyində çalışan 5 nəfər diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətlərinə görə İsveçdən çıxarılır”, - açıqlamada qeyd olunub.

Həmçinin, İsveç təhlükəsizlik xidməti Rusiyanın İsveçdə davamlı olaraq kəşfiyyat məlumatı topladığı barədə məlumat verib.

Xatırladaq ki, İsveç, Almaniya, Hollandiya, Fransa və Belçika keçən il casusluq iddiası ilə çox sayda rus diplomatı ölkədən çıxarmışdı.

Bu ayın əvvəlində isə Norveç diplomatik status altında fəaliyyət göstərən  Rusiya səfirliyinin 15 əməkdaşını deportasiya etmişdi.

Tarix: 26-04-2023, 11:23 Oxunub: 22


Bölməyə aid digər xəbərlər