12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Baydenin prezidentliyi dövründə ilk dəfə ölüm hökmü icra ediləcək

Baydenin prezidentliyi dövründə ilk dəfə ölüm hökmü icra ediləcək


2018-ci ildə ABŞ-nin Pensilvaniya ştatında sinaqoqa hücum edən Robert Bowers ölüm cəzasına məhkum edilib.

Xarici KİV xəbər verir ki, bu, Prezident Co Baydenin dövründə çıxarılan ilk federal ölüm hökmüdür.

Belə ki, 2018-ci ilin oktyabrında ABŞ-nin Pensilvaniya ştatının Pittsburq şəhərində Həyat Ağacı sinaqoquna hücum edən 50 yaşlı Robert Bowers haqqında 12 nəfərlik federal münsiflər heyəti hökmünü verib.

İki günlük müşavirədən sonra münsiflər heyəti yekdilliklə Bowersə ölüm cəzası vermək qərarına gəlib.

Qərar yekdil olmasaydı, Bowers ömürlük həbs cəzasına məhkum ediləcəkdi.(Qafqazinfo)

Tarix: 3-08-2023, 08:27 Oxunub: 30


Bölməyə aid digər xəbərlər