12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Dünyanın ən güclü orduları bəlli oldu: Türkiyə 3 ölkəni geridə qoydu - SİYAHI

Dünyanın ən güclü orduları bəlli oldu: Türkiyə 3 ölkəni geridə qoydu - SİYAHI


ABŞ-də yerləşən “Global Firepower” şirkəti 2024-cü ilin “Dünyanın Ən Güclü Orduları” siyahısını dərc edib. 
  
"Haberler.com" xəbər verir ki, keçən il dünyanın ən güclü 11-ci ordusu olan Türkiyə bu il siyahıya damğasını vurub.
 
Beləliklə, Türkiyə siyahıda 8-ci yerdə qərarlaşıb.
 
Reytinqdə ölkə ordularının texnoloji inkişafı, insan gücü, sahədə uzun müddət qalma və hərəkətlilik kimi xüsusiyyətləri nəzərə alınıb.
 
Yenə ABŞ birinci, Rusiya ikinci, Çin isə üçüncü yerdə qərarlaşıb. 
 
Dünyanın ən prestijli hərbi güc reytinqinə görə ilk 20-liyə daxil olan ölkələr aşağıdakılardır:
1.ABŞ
2.Rusiya
3.Çin
4.Hindistan
5.Cənubi Koreya
6.Birləşmiş Krallıq
7.Yaponiya
8.Türkiyə
9.Pakistan
10.İtaliya
11.Fransa
12.Braziliya
13.İndoneziya
14.İran
15.Misir
16.Avstraliya
17.İsrail
18.Ukrayna
19.Almaniya
20.İspaniya



Tarix: 11-01-2024, 09:12 Oxunub: 156


Bölməyə aid digər xəbərlər