12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Paşinyan: "Bu o deməkdir ki, müharibəyə başlamaq üzrəyik"

Paşinyan: "Bu o deməkdir ki, müharibəyə başlamaq üzrəyik"


Ermənistanın baş naziri Nikol Paşinyan müstəqillik Bəyannaməsinin müddəalarına qonşu dövlətlərin nöqteyi-nəzərindən baxmaq barədə çağırış edib.

Belə bir fikirlə Paşinyan İctimai radioda müsahibəsi zamanı çıxış edib.
Paşinyan bildirib ki, əgər müstəqillik Bəyannaməsi bu qaydada qorunub saxlanılarsa, biz heç vaxt sülhə nail ola bilməyəcəyik. 

“Biz həqiqətən də bu gün  münasibətimizi bəyannamə ilə  tənzimləməliyik.
Dövlət siyasətimiz doğrudanmı Qarabağla və Ermənistanın birləşdirilməsi ilə bağlı qərarına əsaslanmalıdır və ya  bu  mesajı rəhbər tutmalıdır?... 
Bu, siyasi seçim məsələsidir.

Əgər belədirsə, bu o deməkdir ki, biz heç vaxt sülhə nail ola bilməyəcəyik. Üstəlik, bu o deməkdir ki, biz müharibəyə başlamaq üzrəyik”, - Paşinyan qeyd edib.

Tarix: 2-02-2024, 11:42 Oxunub: 63


Bölməyə aid digər xəbərlər