12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
“Nazirlərin Berlində görüşünə ona görə razı oldum ki...” - Paşinyan

“Nazirlərin Berlində görüşünə ona görə razı oldum ki...” - Paşinyan


Nikol Paşinyan Azərbaycan və Ermənistan XİN başçılarının niyə Almaniyada görüşməsinə razı olduğuna aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş naziri parlamentdə deputatların sualına cavab olaraq deyib.

“Niyə Almaniya? Çünki Almaniya Qranada dördtərəfli görüşünün iştirakçısıdır və 3 mühüm prinsip imzaladı: Almatı Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Almatı Bəyannaməsi demarkasiya və delimitasiya üçün əsas olmalıdır və regional kommunikasiyalar ərazisindən keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalı, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında fəaliyyət göstərməlidir. Hər hansı vasitəçi bunu çərçivədən çıxarmağa cəhd edərsə, bu, Ermənistan üçün qəbuledilməzdir”, - Paşinyan bildirib.

Tarix: 29-02-2024, 09:29 Oxunub: 127


Bölməyə aid digər xəbərlər
14-01-2024, 11:53 Mübarizənin hədəfi