12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İsraildən şok etiraf: Əsədi qorumalıyıq, onun süqutu...

İsraildən şok etiraf: Əsədi qorumalıyıq, onun süqutu...


“Əsəd rejiminin devrilməsi ehtimalı bütün regionun sabitliyi üçün çox problemlidir. Bu, İsrail üçün böyük risk yaradacaq. “Təhrir əş-Şam” və digər sələfi təşkilatları İsrail sərhədinə gələ bilər və Qolanda İsrailə qarşı fəaliyyət göstərən dördüncü cəbhə yarana bilər”.

Bunu İsrailin istefada olan general-mayoru Yisrael Ziv bildirib.

“Suriyanın dağılması İsrailin təhlükəsizliyi üçün pis xəbərdir. Çünki Əsəd qatil diktator və xalqı üçün dəhşətli olsa da, İsrailin təhlükəsizlik maraqları baxımından daha yaxşı nəzarət qabiliyyətinə malikdir", - israilli zabit qeyd edib.

General Zin onu da əlavə edib ki, İsrail, ABŞ, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri regional koalisiya  formalaşdıraraq Əsəd rejimini gücləndirməlidir.

Tarix: 2-12-2024, 10:35 Oxunub: 39


Bölməyə aid digər xəbərlər