12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Paşinyan MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcək

Paşinyan MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcək


Ermənistanın Baş naziri Nikol Paşinyan MDB liderlərinin Sankt-Peterburqda bu gün keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək.

Bu barədə məlumatı Paşinyan sosial şəbəkə hesablarında paylaşıb.

Bildirilib ki, buna səbəb onun koronavirusa yoluxması olub:

“MDB ölkələrinin liderlərinin bu gün Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm. Günün sonuna qədər Ali Avrasiya İqtisadi Şurasının sabah baş tutacaq iclasında iştirak edib-etməyəcəyimə dair qərar verəcəm”.

Tarix: 25-12-2024, 08:51 Oxunub: 38


Bölməyə aid digər xəbərlər