12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Rusiya uzunmüddətli qarşıdurmaya hazırlaşır - Kavoli

Rusiya uzunmüddətli qarşıdurmaya hazırlaşır - Kavoli


Pentaqon hesab edir ki, Rusiya hərbi və iqtisadi sahədə Qərb ölkələri ilə uzunmüddətli qarşıdurmaya hazırlaşıb.

Bunu NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, amerikalı general Kristofer Kavoli deyib.

O bildirib ki, Rusiya rəhbərliyi bunun üçün ölkənin hərbi, iqtisadi və sosial strukturlarını yenidən qurub.

Kavolinin sözlərinə görə, Rusiya geosiyasi üstünlüklər əldə etməyə və NATO-nu onlardan məhrum etməyə çalışır. Generalın sözlərinə görə, Rusiya Federasiyası həm də regional və qlobal güc yaratmaq niyyətindədir.(axar.az)

Tarix: 4-04-2025, 08:42 Oxunub: 11


Bölməyə aid digər xəbərlər
26-07-2020, 09:37 Polad Generalımız - VİDEO