12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Trampın başı dərddə: Qrarı ABŞ iqtisadiyyatını böhrana sürüklədi

Trampın başı dərddə: Qrarı ABŞ iqtisadiyyatını böhrana sürüklədi


ABŞ prezidenti Donald Trampın açıqladığı rüsumlar ABŞ iqtisadiyyatını böhrana sürükləyib. 
  Tramp 2 apreli “Amerikanın qurtulu günü” elan edərək dünya ölkələrinə tətbiq etdiyi tarif tətbiqi əks effekt verməkdədir. 

 Bu qərarın  ABŞ iqtisadiyyatına yaratdığı şok dalğaları davam edir. Yeni gömrük rüsumları ilk olaraq ABŞ fond bazarına ən böyük zərbəni vurub. Belə ki, ABŞ fond bazarı tarif elanından sonrakı gündə 2,85 trilyon dollar dəyər itirib.

ABŞ-ın ən böyük bankı JP Morgan bu il ABŞ və qlobal resessiya gözləntisini 40 faizdən 60 faizə qaldırıb və ABŞ iqtisadiyyatı üçün birbaşa resessiya proqnozlaşdırıb. “ABŞ iqtisadiyyatı bu il tənəzzül edəcək”, - Bankın açıqlamasında deyilir. 

Trampın tarif hərəkətindən sonra FED ilk açıqlamasını verərək, infilyasiyanın sürətlənəcəyini bəyan edib. “Yüksək tariflər iqtisadiyyatımıza təsir göstərəcək və ehtimal ki, qarşıdakı rüblərdə inflyasiyanı artıracaq”, -FED sədri Pauel deyib.

Tarix: 5-04-2025, 10:43 Oxunub: 15


Bölməyə aid digər xəbərlər