12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İranın nüvə obyektləri ABŞ üçün “əlçatmazdır” - SENSASİON ETİRAF



İranın yeraltı nüvə obyektləri o qədər dərindir ki, ABŞ silahları onları məhv edə bilməyəcək.

Bu barədə ABŞ kəşfiyyatının keçmiş zabiti Şumeyker deyib.

Ekspert "Politico" qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın bunkerə qarşı bombaları təxminən 60 metr dərinliyə qədər nüfuz edə bilir.

Lakin İranın nüvə obyektləri təqribən 90 metr dərinlikdə yerləşir.

“ABŞ İranın nüvə materiallarını belə məhv edə bilməyəcək”, – deyə Şumeyker qeyd edib.

Ekspertin sözlərinə görə, əgər ABŞ ordusu həmin obyektləri vurmağı bacarsa belə, bu, bölgədə “əhatəli kimyəvi çirklənmə” riski yarada bilər və bu çirklənmə küləyin təsiri ilə geniş ərazilərə yayıla bilər.

Tarix: 19-06-2025, 16:00 Oxunub: 7


Bölməyə aid digər xəbərlər