12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Kim Rusiya-Azərbaycan münasibətlərini pozmaq istəyirsə... – Zaxarova

Kim Rusiya-Azərbaycan münasibətlərini pozmaq istəyirsə... – Zaxarova


Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir və bu münasibətləri pozmaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidirlər.

Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu vəziyyətdən öz mənfəəti üçün yararlanmaq istəyənlər az deyil. Amma onlar ehtiyatlı olsunlar, çünki əllərini yandırmaları da mümkündür. Düşünürəm ki, bizim üçün və ümumiyyətlə hər iki xalq üçün dostluq münasibətləri son dərəcə önəmlidir. Kim bu münasibətləri pozmaq istəyirsə, yaxşı-yaxşı fikirləşsin”, – deyə Zaxarova vurğulayıb.

Tarix: 2-07-2025, 10:19 Oxunub: 25


Bölməyə aid digər xəbərlər