12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Rusiyanın Afrikada nə qədər əsgər gizlətdiyi məlum oldu



Rusiya Afrikada qitənin müxtəlif ölkələrinə səpələnmiş 5000 əsgərdən ibarət kontingent toplayıb.

Axar.az xəbər verir ki, bu barədə “Defence Express” hərbi portalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Rusiyanın Afrikadakı hərbi mövcudluğunun strukturu “Clash Reрort”un infoqrafikasında təsvir edilib. Yevgeni Priqojinin ölümündən sonra “Vaqner” özəl şirkətinin qalıqları da daxil olmaqla, bütün hərbi qulluqçular xüsusi yaradılmış “Afrika korpusu” vasitəsilə Rusiya Müdafiə Nazirliyinə tabedirlər.

Bildirilir ki, Rusiya ən çox hərbi personalını Liviya və Malidə saxlayır. Rusiyanın hərbi mövcudluğunun müşahidə edildiyi ölkələr arasında Toqo, Burkina Faso, Niger, Nigeriya, Seneqal, Benin də var.

Bununla belə, analitiklər onların tezliklə Ekvatorial Qvineyada peyda olacağını istisna etmirlər.

Tarix: 16-07-2025, 10:26 Oxunub: 19


Bölməyə aid digər xəbərlər