12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Ağ Evdə həyəcanlı anlar: jurnalistlər tələm-tələsik çıxarıldı - FOTO

Ağ Evdə həyəcanlı anlar: jurnalistlər tələm-tələsik çıxarıldı - FOTO


Ağ Evdə Pensilvaniya prospektində jurnalistlər üçün olan çəkiliş sahəsi Məxfi Xidmət tərəfindən bağlanıb.

Xarici KİV xəbər verir ki, ABŞ mətbuatının yazdığına görə, buna səbəb təhlükəsizlik tədbirləri olub.

Çəkiliş üçün ərazidə gözləyən jurnalistləri Məxfi Xidmət rəsmiləri Ağ Evdəki Ceyms S. Brady brifinq otağına yönəldiblər.

Ağ Evdən hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də, sosial şəbəkələrdə naməlum şəxsin əraziyə bilinməyən əşya atdığı iddia edilib.

Qısamüddətli təhlükəsizlik yoxlamalardan sonra ərazi yerli vaxtla saat 11:56-da mətbuat üçün açılıb.



Tarix: 16-07-2025, 12:08 Oxunub: 60


Bölməyə aid digər xəbərlər