12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Bəhreyn ABŞ iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyacaq

Bəhreyn ABŞ iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyacaq


Bəhreyn ABŞ iqtisadiyyatına təxminən 17 milyard dollar sərmayə qoymaq niyyətindədir.

Bunu Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə deyib.

Bəhreynin vəliəhdi Trampla danışıqlar zamanı təhlükəsizlik, ticarət və investisiya ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını bildirib.

“ABŞ-yə gələcək 17 milyard dollarlıq sövdələşmələri elan etməkdən məmnunuq. Bu, real puldur, uydurma müqavilələr deyil”, - deyən vəliəhd hansı layihələrdən danışmayıb.

Tarix: 17-07-2025, 09:18 Oxunub: 15


Bölməyə aid digər xəbərlər