12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Netanyahu vasitəçiləri geri çağırdı: Danışıqlar dayandırıldı?

Netanyahu vasitəçiləri geri çağırdı: Danışıqlar dayandırıldı?


HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifə cavabından sonra İsrailin Baş naziri Benyamin Netanyahu girovların azad olunması üzrə danışıqlar aparan qrupu Qətərdən geri çağırıb.

Bu barədə "Tayms of İsrail" nəşri Netanyahunun ofisinə istinadən məlumat yayıb.

Bildirilir ki, qərar İsraildə məsləhətləşmələrin davam etdirilməsi məqsədilə verilib.

"Qətər və Misir vasitəçilərinin, eləcə də ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkofun danışıqlarda irəliləyiş əldə etmək səylərini yüksək qiymətləndiririk", – Netanyahunun ofisinin bəyanatında qeyd olunub.

Məlumata görə, bu bəyanatın danışıqların tam dayandırılması mənasını verib-vermədiyi bəlli deyil.(Axar.az)

Tarix: 25-07-2025, 08:30 Oxunub: 7


Bölməyə aid digər xəbərlər