12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
KİV: Niderland İsraili milli təhlükəsizlik təhdidləri siyahısına əlavə edib

KİV: Niderland İsraili milli təhlükəsizlik təhdidləri siyahısına əlavə edib


Niderland hökuməti ilk dəfə İsraili krallığın milli təhlükəsizliyinə təhdid yaratdığına inandıqları ölkələr sırasına daxil edib.

 “Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Niderlandın Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinatorunun (NCTV) “Üçüncü ölkə təhdidlərinin qiymətləndirilməsi-2025” hesabatına istinadən yazıb.

Bu sənədə əsasən, yəhudi dövləti xaricdə, o cümlədən Niderlandda siyasətə və ictimai rəyə təsir göstərməyə cəhd edir. Bu, hesabat müəlliflərinin fikrincə, Niderlandın demokratik institutları üçün təhlükə yarada bilər.

Hesabatın beynəlxalq institutların işinə xarici müdaxiləyə həsr olunmuş ayrıca bölməsində ABŞ ilə yanaşı, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) və Beynəlxalq Ədalət Məhkəməsinə ictimai təzyiq göstərən ölkə kimi İsrail də xatırlanır.

NCTV-nin hesabatı iyulun 17-də dərc olunub. Nəşrin qeyd etdiyi kimi, İsrail hakimiyyəti hələlik sənəddə yer alan məlumatlara rəsmi münasibət bildirməyib.

Tarix: 29-07-2025, 09:43 Oxunub: 7


Bölməyə aid digər xəbərlər
31-01-2023, 17:20 Prezident fərman imzaladı