12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İsrail hökuməti Netanyahunun Qəzza planını qəbul etdi



İsrail hökuməti baş nazir Benyamin Netanyahunun bütün Qəzza zolağına hərbi nəzarətin yaradılmasını nəzərdə tutan strateji planını təsdiqləyib.

Hökumətin qərarını Kan dövlət televiziyası yayıb. Qərara əsasən, İsrail ordusu döyüş bölgələrindən kənarda mülki şəxslərə humanitar yardım göstərməklə yanaşı, HƏMAS-a qarşı əməliyyatı davam etdirəcək.

Baş nazirin müşaviri Dmitri Gendelman bildirib ki, kabinet səs çoxluğu ilə müharibənin dayandırılması üçün beş prinsipin qəbul edilməsinə səs verib: HƏMAS-ın tərksilah edilməsi, bütün girovların qaytarılması, Qəzza zolağında təhlükəsizliyə İsrailin nəzarəti.

Girovlar və ölkənin əbeynəlxalq nüfuzu üçün risklər barədə xəbərdarlıq edən Baş Qərargah rəisi Eyal Zamirin etirazlarına baxmayaraq, nazirlərin əksəriyyəti Netanyahunun planını dəstəkləyib. 

Tarix: 8-08-2025, 09:12 Oxunub: 66


Bölməyə aid digər xəbərlər