12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Avropada müdafiə sənayesi Ukrayna müharibəsindən sonra 3 dəfə böyüyüb



Avropanın müdafiə müəssisələri Ukrayna müharibəsindən əvvəlki dövrlə müqayisədə 3 dəfə daha sürətlə genişlənir. Sənaye sahələri artıq 7 milyon kvadratmetr həddini keçib.

Financial Times qəzetinin peyk görüntülərinə əsaslanan təhlilinə görə, 2020–2021-ci illərdə hərbi-sənaye sahələrinin illik artımı 790 min kv. m təşkil edirdisə, 2024–2025-ci illərdə bu rəqəm 2,8 milyon kv. m-ə çatıb.

Bu artım Avropa İttifaqının güclü maliyyə dəstəyi, xüsusilə də ASAP proqramı (€500 milyon) hesabına mümkün olub. Gözlənilir ki, 2024-cü ilin sonuna qədər Avropada sursat istehsalı 300 mindən 2 milyona yüksələcək ki, bu da 7 dəfə artım deməkdir.

Tarix: 12-08-2025, 16:00 Oxunub: 15


Bölməyə aid digər xəbərlər
31-01-2023, 17:20 Prezident fərman imzaladı