12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Putindən əvvəl Alyaskaya gedən Lavrovun geyimi diqqət çəkdi - Görün üstündə nə yazılıb - VİDEO



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankoricdəki ( Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının ən böyük şəhəri ) otelə üzərində "SSRİ" yazısı olan paltarda gəlib.

Kadrları "İzvestiya"nın Telegram kanalı yayıb.

Videoda nazirin ağ tişörtlə vtomobildən düşdüyü, sviterin altındakı yazının isə böyük ehtimalla "SSRİ" olduğu görünür.

Jurnalistlərin onun Alyaskada əvvəllər olub-olmadığı sualına Lavrov "bəli" cavabını verib. O, tədbir öncəsi həyəcan yaşamadığını da vurğulayıb.

Qeyd edək ki, bugün Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada görüş keçirəcək. Əsas mövzu Ukraynada sülh olacaq./Milli.az/


<embed width="670" height="400" src="https://newstube.az/embed/185653" frameborder="0" allowfullscreen></embed>

Tarix: 15-08-2025, 09:17 Oxunub: 22


Bölməyə aid digər xəbərlər