12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Moskva da Zəngəzurda reallaşacaq “Tramp yolu”nu dəstəklədiyini bəyan etdi

Moskva da Zəngəzurda reallaşacaq “Tramp yolu”nu dəstəklədiyini bəyan etdi


Rusiya Ermənistanı “Tramp marşrutu” adlı nəqliyyat dəhlizi yaratmaq planlarında dəstəkləyəcək. 

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Biz bu müstəvidə bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan hesab edir ki, onlar üçün nəsə xeyirdirsə, təbii olaraq biz də bu məsələdə Ermənistanı dəstəkləyirik", -  Overçuk qeyd edib.

Overçukun sözlərinə görə, İrəvanla Bakı hesab edirsə ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması daha böyük təhlükəsizlik təminatları verir, bu, yaxşıdır: “Biz Cənubi Qafqazda sülh proseslərini də dəstəkləyirik. Bu, Rusiyanın maraqlarına bütövlükdə cavab verir”.

Tarix: 15-08-2025, 11:27 Oxunub: 19


Bölməyə aid digər xəbərlər