12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Putin və Rusiya nümayəndə heyəti Alyaskada Ukrayna bayraqları ilə qarşılandı



Bu gün Alyaskada keçiriləcək tarixi Putin–Tramp sammiti öncəsi Rusiyanın nümayəndə heyəti etiraz aksiyası ilə qarşılanıb.

ABŞ-a gələn Rusiya nümayəndə heyətini onlarla aksiyaçı qarşılayıb. Onlar əllərində Ukrayna bayraqları və “Ukraine and Alaska – Russian never again!” (Ukrayna və Alyaska – rus işğalına bir daha yox!) şüarı yazılmış plakatlar qaldırıblar. Etirazçılar həmçinin “Stand with Ukraine” (“Ukraynanın yanındayıq”), “No West for Russia” (“Rusiyaya Qərb yoxdur”) kimi çağırışlar da ediblər.

Aksiyanın məqsədi Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə etiraz və Alyaskada keçirilən sammit zamanı dünya ictimaiyyətinə mesaj vermək olub. Etirazçılar Putinin təcavüzkar siyasətinə son qoyulmasını, həmçinin Ukraynada davam edən işğalın dayandırılmasını tələb ediblər.

Xatırladaq ki, Alyaska sammiti dünya siyasəti üçün tarixi hadisə sayılır. Görüşün əsas mövzusu Ukraynada müharibənin dayandırılması və yeni sülh sazişinin əldə edilməsi olacaq.

Tarix: 15-08-2025, 11:55 Oxunub: 18


Bölməyə aid digər xəbərlər