10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Göyərtəsində 263 sərnişini olan təyyarə YANDI

Göyərtəsində 263 sərnişini olan təyyarə YANDI


Almaniyanın “Condor” aviaşirkətinin Yunanıstanın Korfu adasından Düsseldorfa uçan təyyarəsi havaya qalxdıqdan dərhal sonra yanıb.

Bu barədə "RTL" telekanalı məlumat yayıb.

Bildirilir ki, "Boeing 757-300"ün göyərtəsində 263 sərnişin və 8 ekipaj üzvü olub. Hava limanından havaya qalxdıqdan dərhal sonra təyyarənin mühərriklərindən biri yanıb. Pilotlar İtaliyanın Brindizi şəhərində təcili eniş etmək qərarına gəliblər. Təyyarə təhlükəsiz şəkildə İtaliyaya eniş edib.

Aviaşirkətin məlumatına görə, yanğın mühərrikə havanın düzgün çatdırılmaması səbəbindən baş verib.

Tarix: 18-08-2025, 10:40 Oxunub: 22


Bölməyə aid digər xəbərlər