12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Le Figaro: Aİ liderləri Ağ Evdə itaətkar göründü

Le Figaro: Aİ liderləri Ağ Evdə itaətkar göründü


Fransanın nüfuzlu nəşri Le Figaro Avropa İttifaqı liderlərinin Ağ Evdəki davranışlarını tənqid edib.

Fransanın ABŞ-dakı keçmiş səfiri Jerar Aro Avropa rəhbərlərinin Vaşinqtonda Ukrayna Prezidenti Vladimir Zelenskiyə dəstək məqsədilə iştirak etdiklərini bildirib.

Onun sözlərinə görə, Avropa liderləri Donald Trampın Zelenskini güzəştlərə məcbur edəcəyindən ehtiyat ediblər:

“Avropalılar Zelenskini müdafiə etmək üçün Vaşinqtona qaçdılar, qorxurdular ki, Tramp onu güzəştlərə məcbur edəcək. Amma onların davranışı utancverici idi. Oval kabinetdə itaətlə oturan Avropa rəhbərləri əslində özlərinin asılı, hətta vassal mövqeyini nümayiş etdirdilər”.

Le Figaro yazır ki, Avropanın bu mövqeyi müstəqil siyasət yürütmək qabiliyyətinə dair suallar doğurur.

Tarix: 20-08-2025, 08:57 Oxunub: 28


Bölməyə aid digər xəbərlər