10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Deportasiya edildilər, avtobusda diri-diri yandılar - 71 ölü

Deportasiya edildilər, avtobusda diri-diri yandılar - 71 ölü


İrandan Əfqanıstana deportasiya edilən miqrantları daşıyan avtobus toqquşma nəticəsində qəzaya uğrayaraq yanıb.

 Əfqanıstanın Herat vilayətinin mədəniyyət və informasiya direktoru Əhmədullah Müttəki X sosial media platformasında qəza ilə bağlı  məlumat verib.

Müttəki bildirib ki, İrandan deportasiya edilən miqrantları daşıyan avtobus motosiklet və yük maşını ilə toqquşub. Toqquşmadan sonra avtobus yanıb, 71 nəfər həlak olub.

“Tolonews”un verdiyi məlumata görə, toqquşma nəticəsində avtobusun alovlandığını və onlarla insanın həyatını itirib.

Qəzada həyatını itirənlərin dəqiq sayı ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Tarix: 20-08-2025, 09:39 Oxunub: 30


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı