12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İsrail əməliyyata start verib: Qəzza şəhərinin ətraf əraziləri nəzarətə götürülüb

İsrail əməliyyata start verib: Qəzza şəhərinin ətraf əraziləri nəzarətə götürülüb


İsrail ordusu Qəzzada əməliyyatlara start verib.

Bu barədə ”The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə Qəzza şəhərinin ətraf əraziləri artıq İsrail hərbçilərinin nəzarətinə keçib.

Qeyd edilir ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efraim Defrin hücumun başladığını təsdiqləyib.

Onun sözlərinə görə, ordunun əsas prioriteti Qəzzadan mülki şəxslərin təxliyəsi, həmçinin onlara humanitar və tibbi yardımın göstərilməsidir.

General vurğulayıb ki, bu həftə HƏMAS-ın 15-dən çox döyüşçüsü Xan-Yunis postuna hücum etməyə cəhd edib.

Hücum nəticəsində üç əsgər yaralanıb, onlardan biri ağır vəziyyətdədir.(apa)

Tarix: 21-08-2025, 08:41 Oxunub: 82


Bölməyə aid digər xəbərlər