12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Tramp: Çox böyük oyundur, Putinlə müzakirə etmişəm Çin də qoşulacaq

Tramp: Çox böyük oyundur, Putinlə müzakirə etmişəm Çin də qoşulacaq


Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı nüvə tərksilahı məsələsini müzakirə etmişəm.

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp vurğulayıb ki, nüvə tərksilahı məsələsi onun Putinlə danışıqlarının əsas istiqamətlərindən biridir.

"Rusiya və Çinlə etməyə çalışdığımız işlərdən biri nüvəsizləşdirmədir. Bu, çox vacibdir. Mən bunu prezident Putinlə müzakirə etmişəm, təkcə bu deyil. Məncə, nüvəsizləşdirmə çox böyük oyundur. Amma Rusiya buna hazırdır və məncə, Çin də hazır olacaq. Biz nüvə silahlarının yayılmasına imkan verə bilmərik. Biz nüvə silahlarını dayandırmalıyıq", - Tramp qeyd edib.


Tarix: 26-08-2025, 16:00 Oxunub: 21


Bölməyə aid digər xəbərlər