10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
“Bu qərar Türkiyənin tələbləri ilə əlaqədar deyil” - Paşinyan

“Bu qərar Türkiyənin tələbləri ilə əlaqədar deyil” - Paşinyan


“Viza möhürlərindən Ağrıdağın təsvirinin çıxarılması qərarı Türkiyənin tələbləri ilə əlaqədar deyil”.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bu addım ölkənin dövlətçiliyini möhkəmləndirmək məqsədi daşıyır: “Biz özümüz Ermənistanın ərazi bütövlüyünü tanımalıyıq ki, dövlətin davamlılığı təmin olunsun. İstəyirik ki, Ermənistan məsuliyyətli dövlət olsun və beynəlxalq qaydalara uyğun yaşasın”.

Xatırladaq ki, Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Tarix: 18-09-2025, 13:05 Oxunub: 15


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı