16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Türkiyədə zəlzələ oldu



Türkiyədə bu səhər yeraltı təkanlar qeydə alınıb.

AFAD-ın yaydığı məlumata görə, Balıkesir vilayətinin Sındırqı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 07:18-də hiss olunub.

Məlumata əsasən, zəlzələnin episentri 12,9 kilometr dərinlikdə yerləşib. İlkin qiymətləndirmələrə görə, hadisə nəticəsində nə insan tələfatı, nə də dağıntılar qeydə alınıb.

Hazırda bölgədə vəziyyət nəzarət altındadır və AFAD əməkdaşları ərazidə monitorinq aparır.

Tarix: 31-10-2025, 10:20 Oxunub: 16


Bölməyə aid digər xəbərlər
17-10-2023, 08:05 Azərbaycanda zəlzələ olub