12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Amerikalı diplomatdan Cənubi Qafqaz açıqlaması: Məqsədimiz budur

Amerikalı diplomatdan Cənubi Qafqaz açıqlaması: Məqsədimiz budur


“Məqsədimiz sadədir. Biz sərhədlərin ən  qısa zamanda delimitasiyasını istəyirik. İstəyirik ki, sülh sazişi ən qısa zamanda hər iki tərəf  arasında razılaşdırılsın”.

Bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter keçirdiyi brifinqdə deyib. 

“Bununla da bölgəyə sülh və sabitlik qayıtsın, bu bölgədə yaşayan bütün insanların insan hüquqlarına və təhlükəsizliyinə hörmət edilsin. Bizim məqsədimiz Cənubi Qafqaz tarixində yeni bir səhifə aça bilməkdir”, - o qeyd edib.

Amerikalı diplomat daha sonra qeyd edib: “Aydındır ki, bu son nəticəyə çatmaq üçün müəyyən vaxt lazımdır, lakin biz bu nəticəni dəstəkləmək üçün əlimizdən gələni etməyə sadiqik”.

Tarix: 1-12-2022, 10:31 Oxunub: 37


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı