12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Ermənilər bu dəfə də aparıcımızı "ÖZƏLLƏŞDİRDİLƏR"- FOTO

Ermənilərin yeni yalanı ifşa olundu.
QanunXəbər.com  xəbər verir ki, rus saytları və ermənilərin sosial şəbəkələrdə yayılan daha bir "fake" məlumatında bir neçə gün öncə xalqımıza cəbhədən gələn sevindirici qələbə xəbərini çatdıran İTV-nin xəbər aparıcısı Jalə Həsənlinin Ermənistanın İctimai televiziyasının aparıcısı olduğu irəli sürülüb.
Yalan məlumatda bildirilib ki, erməni aparıcı Qarabağ ətrafındakı münaqişə zamanı ölənlərin siyahısını oxuyarkən göz yaşlarına hakim ola bilməyib.
Sosial şəbəkələrdə yer alan erməni paylaşımı gülüşə səbəb olub.
Qeyd edək ki, Azərbaycanın İctimai televiziyasının aparıcısı Jalə Həsənli işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlərin düşməndən azad olunması xəbərini izləyicilərə çatdırarkən göz yaşlarını saxlaya bilməyib.


Tarix: 1-10-2020, 09:15 Oxunub: 94


Bölməyə aid digər xəbərlər