10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
İlham Əliyev: “İstəyirik ki, Cənubi Qafqazda stabillik, dayanıqlı inkişaf olsun”

İlham Əliyev: “İstəyirik ki, Cənubi Qafqazda stabillik, dayanıqlı inkişaf olsun”


“Mən Azərbaycan Prezidenti kimi ölkəmizin təhlükəsizlik məsələləri ilə məşğul oluram. Qarabağ münaqişəsinin həll edilməsi regionda sülh və təhlükəsizlik üçün yeni imkanlar yaradıb”. 

Oxu.az məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

İlham Əliyevin sözlərinə görə, bir çox nümayəndə Azərbaycanın işğaldan azad etdiyi ərazilərə səfərlər edir.

“Mən istərdim ki, Azərbaycanın postmüharibə dövrünün vəziyyəti ilə bağlı yanaşmasını ifadə edim. Bu situasiya Cənubi Qafqazda regional təhlükəsizliklə əlaqəlidir”, - deyə İlham Əliyev əlavə edib.

O bildirib ki, indi Azərbaycan sülhdən danışır.

“Biz istəyirik ki, Cənubi Qafqazda stabillik, dayanıqlı inkişaf olsun”, - deyə Prezident qeyd edib. 

Tarix: 16-06-2022, 09:56 Oxunub: 49


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı