12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
BDU-nun müəllimi faciəvi şəkildə öldü

BDU-nun müəllimi faciəvi şəkildə öldü


Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Qafqazinfo xəbər verir ki, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində "Land Rover” markalı avtomobil piyada keçidində saxlayaraq yolu keçən piyadaya yol verən "AZSamand”a çırpılıb.

Zərbənin təsirindən "AZSamand” hərəkət edərək yolu keçən piyada Oqtay Qarabəylini vurub. Ağır vəziyyətdə özəl klinikalardan birinə çatdırılan piyada orada vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Oqtay Qarabəyli elmlər doktoru, Bakı Dövlət Universitetinin dosentidir 

Tarix: 21-10-2022, 09:25 Oxunub: 84


Bölməyə aid digər xəbərlər